Daxili orqanında narkotik vasitə keçirmək istədi....

 

Gömrük əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Pressaz.com-a verilən xəbərə görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin düz bağırsağında 3 ədəd bağlamada narkotik vasitələr - xalis çəkiləri 173,265 qram heroin və 20,62 qram tiryək, həmçinin 24,25 qram psixotrop maddə - metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Zeynəb Hüseyn
Pressaz.com
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →