Banklarda qeyri-işlək aktivlərin idarə edilməsi üzrə sənəd hazırlanır

 

“Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub
 
Azərbaycan Banklar Assosiasiyasında (ABA) qeyri-işlək aktivlərin (QİA) idarə edilməsi üzrə “Bakı yanaşması” adlı sənədin müzakirəsi ilə əlaqədar iclas keçirilib.
 
Pressaz.com xəbər verir ki, ABA-dan "APA-Economics"ə verilən məlumata görə, iclasda Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank , Vergilər Nazirliyi,  Ədliyyə Nazirliyi və kommersiya banklarının nümayəndələri iştirak ediblər.
 
Tədbirdə qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması”nın hüquqi mexanizmlərinin yaradılması  məsələləri müzakirə olunub. Bankların səlahiyyətli nümayəndələrinin təklifləri dinlənilib.
 
"Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “Maliyyə xidmətlərinin inkişafına dair Strtaeji Yol Xəritəsi”nin “Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması” sərlövhəli 1.2.1-ci tədbirinin icrası üzrə “Bakı yanaşması” adlı sənədin hazırlanması üzərində iş aparır. Palata nümayəndələri ilə birgə işçi qrupunun yaradılması məqsədilə prosesə qoşulmaqda maraqlı olan banklar və onları prosesdə təmsil edəcək səlahiyyətli nümayəndələr (idarə heyətinin sədri və ya üzvləri səviyyəsində) Azərbaycan Banklar Assosiasiyası tərəfindən banklara müraciət edilərək müəyyənləşdirilib", - deyə məlumatda vurğulanıb.  шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →