Dilarə Kazımova: Azərbaycanın seks simvoluyam - FOTO

  • 22:58 01 fevral 2018
  • Şou
 

Müğənni Dilarə Kazımova media nümayəndələri ilə görüş keçirib.

Pressaz.com oxu.az-a istinadən bildirir ki, ifaçı tədbirə qatılan jurnalistlərə öz təşəkkürünü bildirib:
"Vaxt tapıb buraya gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu, bizim üçün çox vacib idi".

Bir müddət sənətində fasilə verməli olan Dilarə Kazımova bunun səbəbindən söz açıb:
"Sənətimdə uzun müddətli fasilənin səbəbi Kiyevdə ingilis dilində hazırladığım albom oldu. Çünki bir il ərzin tez-tez Ukraynaya səfər etməli idim. Sözügedən albom və kliplər hazırda Avropa radiolarında səslənir. Həm də ki, "Eurovision" kimi layihədən sonra insan dincəlmək və hansı tərzdə davam etmək barədə düşünmək istəyirdim. Ola bilər ki, bu da sənətdə fasiləyə səbəb olsun".

Dilarə ona ünvanlanan "Plastik əməliyyat keçirmisiniz" sualına da cavab verib:
"Xeyir, heç bir əməliyyat keçirməmişəm. Bədəni formada saxlamağın ən gözəl yolu idmandır. Zalda iki saat məşq insanı formada saxlayır. Amma gələcəkdə lazım olarsa, əməliyyata müraciət edəcəyəm".

Kazımova bildirib ki, onu Azərbaycanın seks simovu adlandırırlar:
"Deyirlər ki, Azərbaycanın seks simvoluyam. Hətta yeni Monika Belluçi adlandırırlar. Əsla bu yerə namizəd deyiləm. Amma xarici məşhurla müqayisə olunmağım məni sevindirir".



 шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →