2 fevral-Gənclər Günü

 

2 fevral 1997-ci ildən başlayaraq günümüzədək hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Bu tarixi günü gənclərə bəxş edən, hər zaman böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə yüksək dərəcədə önəm verən, gənclər siyasətinin müstəqil  Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi hesab edən Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda müasir dövlət quruculuğu prosesi məhz 1993-cü ildə Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra başlandığı hər kəsə məlumdur. Ümumilli liderimiz Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edilməyə başlanmışdır.

Bir çox sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Beləki, Azərbaycanda 2 Fevral - Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin Ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilmişdir.

Ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün illərində gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. O, bu siyasəti ölkə fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Respublikamızda Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Gənclər Günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının bir nümunəsi idi.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə uğurla davam etdirilir. Hazırda ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən zəruri fəaliyyət istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib və gənclərin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu nümunəvi siyasətin bəhrəsi olaraq  gənclərimiz vətənpərvər, dövlətçiliyə bağlı, fiziki və mənəvi cəhətdən sağlam, intellektual, hərtərəfli biliyə malik olan, yüksək dünyagörüşlü bir qüvvə kimi cəmiyyətdə formalaşıb.
Prezident İlham Əliyev "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" imzalandığı sərəncam çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi və sürətli irəliləyişlərə gətirib çıxarıb. Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)  Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün münbit şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsi baxımından çox önəmli rol oynayır. Cənab Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili" elan edilməsində də göstərdi. 2007-ci ildə Prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzaladı. Bundan əlavə, Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə", “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı verilmiş müəyyən sərəncamları bilavasitə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək kimi uğurlu gələcək formulunu özündə birləşdirir.
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını daha da stimullaşdırmaq məqsədilə dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncamı  fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər ictimai-sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu.
Gənclərimiz ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır. Gənclər ölkə başçısı tərəfindən uğurla həyata keçirilən dinamik inkişafın davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyi özlərinin başlıca vəzifəsi hesab edirlər.



Kamil Yaqubovшаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →