Azərbaycanlı aktrisa nişanlandı

  • 11:29 02 fevral 2018
  • Şou
 

Tanınmış aktrisa Nigar Babayeva subaylığın daşını atıb.

Pressaz.com xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa sevib-seçdiyi oğlanla nişanlandığını deyib:
“Uzun illərdən bəri sevgi yaşayırdıq və bunu rəsmiləşdirdik. O, sənət aləminin adamı deyil. Ailə qurandan sonra da sənətimlə məşğul olacam.

Nişanlım da “məni ya sənət, ya mən” dilemması qarşısında qoymayıb, sənətimə dəstəkdir. Baxmayaraq ki, çox qısqancdır, amma bununla belə mənə sənətdə qadağalar qoymayıb. Bilir ki, aktrisa kimi hansı uğuru qazanmışamsa, öz gücümə etmişəm və buna görə də mənə etibarı var”.

Aktrisanın sözlərinə görə, cütlüyün toy mərasimi yayda olacaq.
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →