Aprelin 11-i Azərbaycanda qeyri-iş günüdür

 

Azərbaycanda bu ilin aprel ayının 11-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkədə qeyri-iş günü olacaq.

Pressaz.com-un ölkə.az-a istinadla xəbərinə görə, Əmək Məcəlləsinin 105-1-ci (Səsvermə günü) maddəsinə əsasən, səsvermə olan ərazidə iş günü hesab edilmir.
Qeyd edək ki, həmin gün həftənin çərşənbə gününə təsadüf edir.

Nəzərə çatdıraq ki, prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →