Prezidentin köməkçisi çağırış etdi

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov aprelin 11-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı məsələyə münasibət bildirib.

Pressaz.com xəbər verir ki, ölkə.az-ın məlumatına görə, Əli Həsənov deyib ki, bu ilin martın 31-də azərbaycanlıların soyqırımının 100 illiyi, mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq.
Ə.Həsənov bir neçə mühüm tədbirlərin seçkilərin vaxtının önə çəkilməsini zəruri etdiyini söyləyib:
“Bununla yanaşı, cənab Prezident növbədənkənar prezident seçkisinin keçirilməsi haqqında sərəncam imzalayıb. Seçiciləri seçkilərdə fəal olmağa çağırırıq”.
Xatırladaq ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →