Qobustanda sement xammalına yararlı yataq aşkarlanıb

 

Qobustan rayonu ərazisində axtarış işlərinin nəticəsi olaraq sement xammalına yararlı perspektiv Ceyrankeçməz mergel yatağı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Pressaz.com-a verilən məlumata görə, aşkar edilmiş perspektivli sahədə axtarış-qiymətləndirmə işləri aparılıb. Xammalın ehtiyatları C2 kateqoriyası ilə 1710 min m3 həcmində hesablanıb.

Göygöl rayonunda Çənlibel əqiq-xalsedon və Dozular əhəngdaşına perspektivli sahələr ayrılıb. Ayrılmış perspektiv sahələrdə axtarış-qiymətləndirmə işləri aparılıb. P1 kateqoriyası ilə 1470 kq əqiqin, 5502 kq xalsedon üçün proqnoz resurslar hesablanmışdır. Dozular əhəngdaşı yatağında isə sement istehsalına yararlı əhəngdaşının C2 kateqoriyası ilə 9 600 min m3 ehtiyatı hesablanıb.

//trend//шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →