"Qəbələ" Antalya toplanışını başa vurdu

 

2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlaşan "Qəbələ” Türkiyə toplanışını başa vurub.

Pressaz.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar” Antalya hazırlıqlarının ikinci mərhələsinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb. Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi fiziki çalışmalardan ibarət olub. Fitnes zalında çalışan futbolçular qruplar şəklində müxtəlif hərəkətləri icra ediblər. Bu məşqlə toplanışı yekunlaşdıran "Qəbələ” günün ikinci yarısında vətənə dönüb.

Xatırladaq ki, "qırmızı-qaralar” yanvarın 5-dən 17-nə və 21-dən fevralın 4-dək davam edən iki mərhələdən ibarət hazırlıq prosesində 6 yoxlama oyunu keçirib. Komanda Antalya toplanışında Türkiyənin "Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin "Sürix” (0:1), Makedoniyanın "Rabotniçki” (2:1), Rusiyanın "Arsenal” (3:3), Çexiyanın "Bohemians” (1:3) və Makedoniyanın "Şkendiya” (0:2) klubları ilə üz-üzə gəlib.

Pressaz.comшаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →