Natavandan küsülü olduğu Elnarəyə: "Səni tanıyırıq, kimə nə göstərirsən?"

  • 14:44 05 fevral 2018
  • Şou
 

Müğənni Natavan Həbibi bir vaxtlar dost olduğu, uzun müddətdir danışmadığı Elnarə Xəlilovadan danışıb.

Pressaz.com axşam.az-a istinadən xəbər verir ki, Natavan "ATV maqazin onlarla"da həmkarının mahnılarını bəyənmədiyini söyləyib:
"Münasibətin bura dəxli yoxdur. Mahnıdan söhbət gedir. Elnarə elə şeylər oxuya bilər ki... Oxusun. Mahnısı mənə çatmadı. Bu, Elnarə deyil... Onun tərzini, imicini mən tanıyıram. Bunların iksini (Röya Ayxan və Elnarə - red.) məndən yaxşı tanıyan olmaz. Bir çox mahnılarında Elnarə özü deyil. Çalışır göstərsin ki, hər şeyi bacarıram. Səni tanıyırıq, kimə göstərirsən bunu? Elnarə özü də bilir ki, onun mahnısı deyil. Qayıdaq öz tərzimizə. Münasibətimiz yoxdur, amma musiqidən danışırıq. Sənətə bir yerdə gəlmişik və bir yerdə gedəcəyik".
шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →