3 yaşlı Arzu Qurbanlının ölümündə ekspertiza cavabları - Həkim günahkardır

 

Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sumqayit şəhər məhkəməsində, hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən bir neçə məhkəmə prosesindən sonra, hakimin qərarı ilə iş yenidən ekspertizaya göndərilib. Ekspertiza işinə Respublikanın baş Anestozoloqu Aydın Qədirovun baxılması qərarı verilib.

Ekspertiza rəyi bir neçə gün öncə məhkəməyə və zərərcəkmiş şəxslərə təqdim olunub.

Ekspertiza rəylərinə görə 3 yaşlı Arzu Qurbanlının ölümündə bir başa həkimin günahı olduğu, yaş həddi nəzərə alınmadan, əməliyyatdan öncə ona anestetik vasitə olan  "Kolipsol" dərman preparatını 1-2 mq/kq vurmaq əvəzinə, normadan xeyli artıq 150 mq dozada vena daxilinə yeritməsi, anestioloji ağırlaşmaya səbəb olmuş, əməliyyatdan sonra da qusmanın erkən və sonrakı profilaktikasını aparmamış, xəstəyə dinamik nəzarəti həyata keçirtməmiş, sonuncu müşahidə edilən qusmanın qeyd edilən dərman preparatının əks təsirindən yaranıb qusuntu kütləsinin tənəffüs yollarına düşərək xəstənin asfiksiyadan ölməsinə səbəb olmuşdur.

Bildirilir ki, həmin tibbi pozuntularla Arzu Qurbanlının ölümü arasında birbaşa səbəbli əlaqələr vardır.

Növbəti məhkəmə prosesi 2018-ci il fevral ayının 14-ü, saat 10:00-da keçiriləcəkdir.


 шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →