Fiziki məhdudiyyətli uşaqlarlarla görüş keçirildi - FOTOLAR

 

Respublika Qadınlar Cəmiyyətinin sədr müavini Vəfa Abbasova və digər cəmiyyət üzvləri,  “Zəfər” Tədris Mərkəzinin əməkdaşları, idmançılar, sənət adamları uşaq evində fiziki  məhdudiyyətli uşaqları ziyarət etmişlər.

Pressaz.com
xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan 1 saylı sağlamlığı məhdud uşaqların sosial müəssisəsində yerləşən uşaqlarla görüş zamanı iştirak edən sənət adamları İlqar Sahil, Emin Bədəlov, Elvin Əhməd, Nazim, Rəsul Əfəndiyev, Orxan Mirzəyev, Sadıx Mustafayev, Asif Məhərrəmov öz musiqi tövhələri ilə onları sevindirmişdir.

İdmançılar Akula ləqəbli  Fuad Şıxlarov, Kamil, “Səmtin müəyyən edilməsi” federasiyasının vitse-prezidenti Pərvin Şərifov uşaqlarla əyləncəli zaman keçirdiblər.

Respublika Qadınlar Cəmiyyətinin sədr müavini Vəfa xanım Abbasova öz çıxışında  bunları qeyd edib:

 "Bu gün gənclərin  bir-birinə dəstək olması çox sevindirici haldır.  Müəssisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə təmir olunmuş və uşaqlar üçün əlverişli şərait yaradılmışdır. Dövlətimizin yüksək sevgi və qayğısı nəticəsində uşaqlar  qida, geyim və lazımi tibbi və reabilitasiya xidməti ilə təmin olunurlar. Onlara mənəvi olaraq dəstək olmaq lazımdır. Bu hər birimizin borcudur. Bu gün gənclərimizin onların görüşünə gəlməsi və onlarla əyləncəli vaxt keçirməsi bizi çox sevindirdi."

Görüş zamanı çəkilən xatirə şəkillərini sizə təqdim edirik:


 шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →