Həmyerlilərimizin Sivas görüşü - Foto+Video

 

Bəzi layihələr  üçün Türkiyəyə yola düşən həmyerlilərimizi Sivas ilində dövlət məmurları tərəfindən qarşılanaraq bir sira görüşlər keçiriblər.

Pressaz.com
xəbər verir ki, həmyerlilərimiz öncə Demir Yol İş Peşəsi qonaq salonunda qarşılanıb. Rəssam və Yazar Anna Mir, Şair və Yazar Nəcibə İlkin, Sərvər, Sitilist Sevda Zülfizanlı və Müğənni Anar Nebiley daha sonra Sivas valisini ziyarət edib. Vali Davut Gül Azərbaycanlı qonaqları Sivasda gördüyünə gərə çox sevindiyini qeyd edib. Onun  müavini Yeliz Yıldızhan isə Azərbaycanlı şəhid anaları ilə Sivaslı şəhid analarını bir araya gətirməkdən xoşbəxtlik duyacağını söyləyib.

Daha sonra Bələdiyyə başçısının köməkçisi Abdurahim Ceylan və Şəhid Ailələri Dərnək Başçısı Mustafa Hızal ziyarət olundu. Orda  Şəhid polis məmuru Ahmet Eyce ailəsiylə görüş keçirildi. Daha sonra Bahçeşehir məktəblərində Mehmet Oflazı ziyarət edən həmyerlilərimiz Muhsin Yazıcıoğlunun anası Fidan Yazıcıoğlu və Şəhid Jurnalist İsmail Günəşin qəbirlərini ziyarət etdikdən sonra son olaraq Sivas Jurnalistlər Cəmiyyətində oldular.

Sivasda keçirilən işgüzar bir gün, "O Səs Azərbaycan" birincisi Anarın səsində  Çırpınırdı Qaradəniz mahnısı ilə sona çatdı.

Görüşlərdən olan xatirə şəkillərini sizə təqdim edirik:

 

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →