26 il əvvəl -26 fevral

 

Bundan tam 26 il əvvəl - 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırım törətdilər. Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ indi də məlum deyil.

Bunu da vurğulamaq zəruridir ki, Azərbaycan xalqı 200 il ərzində mənfur ermənilərin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı öz tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet dövründə də sürətlə davam edib. Beləki , 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. Həmçinin 1988-ci ildə də öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu vənəticədə Ermənistan erməni millətçilərinin hər zaman xəyalında olduqları təkmillətli (monoetnik) dövlətə çevrildi.

Bu faciənin əsas günahkarlarından biri də həmin dönəmin ölkədəki siyasi və hərbi rəhbərliyidir. Başda  Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda, həmçinin Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün tədbirlər görməmişdir. O, Prezident kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Hətta onlar qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.
Fəqət, 1993-cü ildə xalqın təkidilə hakimiyyətə gətirilən Heydər Əliyev bir çox istiqamətlərdə o cümlədən sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı. 1994-cü ildə atəşkəsə nail olundu. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir çərçivədən baxıldı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində mühim yerlərdən birini tutmaqla yanaşı, dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçdi və bu yolda böyük addımlar atıldı.

Məhz Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. O, hələ Prezident səlahiyyətlərini icra edərkən erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT TŞ-nin dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurası sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. Əlavə olaraq 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz layiqli qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.

Hal-hazırda da bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində ardıcıl və davamlıolaraq addımlar atılmışdır.Dahi öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Respublikamızın Prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində dünyaya böyük qətiyyət nümayiş etdirir. Bakıda daha dəqiq söyləsək, Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb, bu abidə məhz Prezident İlham Əliyevin qayğısı ilə yenidən inşa etdirilib. Dövlətimizin başçısı hər il fevralın 26-da dövlət və hökumət nümayəndələri ilə bərabər həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir.

Biz gənclər də öz növbəmizdə bizə yaradılan şəraitdən, əlimizdə olan resurslardan maksimum istifadə edərək Xocalı Soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyənə çatdırmalıyıq.



Kamil Yaqubovшаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →