Bu il Novruz Bayramı daha fərqli keçiriləcək

 

Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhəri Mədəniyyət və Turizm idarəsi və Milli Turizm Təbliğat Bürosu tərəfindən Bakının Fəvvarələr meydanında möhtəşəm Novruz festivalı təşkil olunacaq.

Festivalda tanınmış müğənnilərlə yanaşı, ölkəmizin rayon və digər şəhərlərindən xalq yaradıcılığı kollektivləri, uşaq teatrlarının və Sirk aktyorlarının iştirakı ilə, qonaqların bayram əhvalını tam mənasında yaşaya bilmələri üçün əyləncəli tədbirlər təşkil oluncaq.

Eyni zamanda bayram günlərində təşkil olunacaq yarmarkalarda ölkəmizin ləziz mətbəxi, sənətkarlıq nümunələri geniş şəkildə qonaqlara təqdim olunacaq.

Novruz festivalına mart ayının 20-si 11:00-da start veriləcək. Təşkil olunmuş bu möhtəşəm festival mart ayının 25-də, saat 23:00-da yekunlaşacaq.

Sakinlərimizi və turistləri öz asudə vaxtlarını Novruz festivalında keçirməyə dəvət edirik.


шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →