Azərbaycanlı müğənni Əli Purmehr: “Qeyrəti olan hər bir azərbaycanlı imkan verməz ki, pasportuna ermənilərin möhürü dəysin” - Video



Təbrizdən Azərbaycana qonaq gələn tanınmış azərbaycanlı müğənni Əli Purmehr   Lider TV-də yayımlanan “Xeyirli axşamlar” verilişinin qonağı olub.

Pressaz.com
xəbər verir ki Əli veriliş zamanı sənətə necə gəlməsindən,  Azərbaycanı və türkçülüyə aşiq bir insan olmasından danışıb. Onun bütün mahnıları Azərbaycan dilində olmasını isə bu dilə və kökə bağlılğı, veten sevgisinin əzizliyindən irəli gəldiyini deyib.

Əli Purmehri sevənlərin bir qismi onu qarşılayıb və  tamaşaçı qismində verilişə qatıldılar.

Aparıcı Zərifə Tapdıqqızının Ermənistanda konsert  vermək kimi   planının olduğunu soruşduqda isə o bu suala belə cavab verib:
“Qeyrəti olan hər bir azərbaycanlı imkan verməz ki, pasportuna ermənilərin möhürü dəysin” . Əlinin bu sözləri tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
Müğənni veriliş boyu “Salam olsun”,  “Mən Türkəm” kimi vətənpərvərlik ruhunda mahnılar ifa edib.

Qeyd edək ki, Əli Purmehrin mahnıları Azərbaycanda çox məşhurdur və bir çox müğənnilərimiz tərəfindən sevilərək ifa edilir.

 

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →