DİN İdman Cəmiyyətinin yetirməsi Heydər Əliyevə həsr olunmuş beynəlxalq turnirin qalibi oldu - FOTO



Mayın 12-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən kikboksinq üzrə beynəlxalq peşəkar turnir keçirilib. Olimpiya-İdman Kompleksində keçirilən turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Gürcüstan idmançıları da rinqə çıxıblar.
Pressaz.com xəbər verir ki, turnirin açılış mərasimindən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Yarış DİN İdman Cəmiyyətinin yetirməsi Daxili Qoşunların İdman Komandasının əsgəri Zöhrab Əzimov üçün də uğurlu olub. Çəkisi 65 kiloqramadək olan idmançılar arasında isə Z.Əzimov bütün rəqiblərini məğlub edərək Heydər Əliyev kubokun sahibi olub
Qeyd edək ki, təmsilçimiz dünya və 2 qat Avropa çempionudu
Komandamızı bu yarışa hazırlayan, ölkəmizin yeniyetmə və gənclərdən ibarət yığmasının baş məşqçisi Hakim Hacıyev deyir ki, müstəqil ölkəmizdə idmanın inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün həyata keçirilən dövlət idman siyasəti nəticəsində Azərbaycanda güclü idman potensialı formalaşıb. Bu nəticələr həm də ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının daxili işlər orqanlarında daha səmərəli təşkilinin, idmana, idmançı əməkdaşlara göstərilən diqqət və qayğının əyani təzahürüdür.

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →