“Qarabağ” komandası “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü turun son oyunu keçirilib.

Pressaz.com xəbər verir ki, “Qarabağ” ilə  “Qəbələ” klubu turun mərkəzi oyununda qarşılaşıblar.

“Azərsun Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib. Baş hakim Fariz Yusifovun idarə etdiyi qarşılaşmada hesabı ikinci hissədə Ağdam komandası açıb. Meydan sahiblərinin heyətində Ansi Aqollinin ötürməsindən sonra Mahir Mədətov 63-cü dəqiqədə topu başla qapıdan keçirib. Bundan altı dəqiqə sonra qəbələlilərin heyətində Stiven Monroz hesabı bərabərləşdirib. “Qarabağ” komandası matçın 73-cü dəqiqəsində Miçelin vurduğu qolla yenidən hesabda önə çıxıb. Oyun  2:1 hesabı ilə “Qarabağ”ın qələbəsi ilə başa çatıb. Bu oyundan sonra “Qarabağ” komandası xallarının sayını doqquza çatdırıb.

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →