Zaqatalada 62 yaşlı qadın qardaşı tərəfindən bıçaqlandı

 

Zaqatalada 62 yaşlı qadın qardaşı tərəfindən bıçaqlanıb.

Bu gecə saat 03 radələrində rayonun Aşağı Tala kənd sakini, 1955-ci il təvəllüdlü  Rahilə Əhməd qızı Canımova bədənin çoxsaylı bıçaq yarası xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Zaqatala rayon Polis Şöbəsindən bildirilib ki, Rahilə Canımova yaşadığı ünvanda qardaşı Famil Canımovla şəxsi münasibətlər zəminində mübahisə ediblər. Mübahisə zamanı Famil Canımov bıçaqla bacısına çoxsaylı xəsarətlər yetirib. Keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Famil Canımov saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

APA
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →