"Şəbnəm Əsədovanın konsertindəki geyimi uğursuz idi" - Modelyer

  • 16:19 27 avqust 2017
  • Şou
 

Modelyer Elnarə Bəkirova müğənnilərin geyimlərini təhlil edib. 

Modelyerin "Xəzər maqazin"ə açıqlamasını təqdim edirik:

"Şou-biznesdəki müğənnilərimizin 80 faizi yaxşı geyinmir. Çox az müğənni var ki, hər şeyi ilə tamamlanır. İmicmeykerlərə müraciət etməlidirlər. Amma müğənnilərimiz simiclik edirlər", - E.Bəkirova bildirib.

Almaz Ələsgərli - İllərdir eyni tərzdədir. Bədən quruluşunda belə heç nəyi dəyişməyən biridir. Efirə adi vətəndaş kimi çıxır, müğənni kimi yox.

Şəbnəm Əsədova - Konsertindəki geyimi uğursuz idi. Makiyajı da yaxşı deyildi.

Səbinə Babayeva - Klipindəki geyimi düzgün seçilib. Son dəbə uyğundur. Amma saç düzümü paltara uyğun gəlmir.

Bəylərimizdən daha çox Zamiq Hüseynov dəblidir.

Elçin Cəfərov - Çox şənlik ab-havasında geyinir. Kostyumları dəblidir, amma toy üçün geyinir.

Ədalət Şükürov - Zövqlü saymıram.

İzzət Bağırov - Köhnələrdə qalıb. Heç dəyişmir, necə görmüşük, elə də qalıb.  

Əbdül Xalid - Heç bir geyimi gözümün qabağına gəlmir.

Miri Yusif - Dəblidir, tərzi var. Onu xarici ulduzlara bənzədirəm.

Aygün Kazımova - Tərzini bəyənirəm. Onun geyimlərini gürcü xanımlara bənzədirəm.

Günay İbrahimli Sevda Yahyayeva da dəblidir.

/axsam.az/шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →