ARB TV “Xalqın şairi”nə ev verəcək

 

Telejurnalist Mübariz Əsgərov ARB TV-də yeni layihəyə start verəcək.

“Xalqın şairi” adlanan müsabiqədə artıq münsiflər heyyətində əyləşəcək şəxslərin adları da müəyyənləşib.
Belə ki, onlar əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, tanınmış şair Qulu Ağsəs, əməkdar incəsənət xadimi aşıq Əhliman Rəhimov və əməkdar artist Elza Seyidcahandır.

Pressaz.com-un axşam.az-a istinadən məlumatına görə, artıq layihənin seçim turlarına start verilib. Müsabiqədə şairlik istedadı, şeir, sənət və bədii qiraət bacarığı olan şəxslər yarışacaqlar. Həftələrlə davam edəcək layihənin qalibini isə sonda ev mükafatı gözləyir.

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →