Bakıda ana-bala 17 illik həbs olundu

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Qədəm Tanrıverdiyeva və onun oğlu Nadir Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pressaz.com
report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Tanrıverdiyevanın 10 il, oğlu N.Tanrıverdiyevin isə 7 il 6 müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında Q.Tanrıverdiyevanın 10 il 6 ay, oğlu N.Tanrıverdiyevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxs Q.Tanrıverdiyeva əvvəllər də dələduzluqda ittiham olunub və həbs edilib. O, 2014-cü ildə dələduzluq etdiyi üçün həbs olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Q.Tanrıverdiyevanın əməli sübuta yetirilməyib və barəsində bəraət hökmü çıxarılıb.

Həbsdən çıxan Q.Tanrıverdiyeva növbəti dəfə dələduzluq ittihamı ilə həbs edilib.

Bu dəfə isə məlum olub ki, dələduzluq işində oğlu Nadirin də əli var. Ana və oğul Abşeron və Sumqayıtda bir qrup vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədiblər. Onlar zərərçəkmişlərin şikayəti əsasında saxlanılıblar.

Q.Tanrıverdiyeva və N.Tanrıverdiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci ( bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham ediliblər.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →