“Qarabağ” braziliyalı futbolçu aldı

 

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” növbəti transferini rəsmiləşdirib.

Pressaz.com oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrikeni heyətinə qatıb.

Klublar arasında uzun müddətdir aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib.

Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, “Qarabağ” onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Pedro Enrike Konzen Medina da Silva PAOK-a keçən il “Renn” klubundan keçib. Braziliyalı hücumçu ötən mövsüm Yunanıstan klubunun heyətində 26 matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →