Adnan Oktar: "Azərbaycan üçün canımızı verərik"

  • 20:01 20 avqust 2017
  • Dünya
  • Baxış sayı: 67
 

Bir neçə gün əvvəl Qarabağ münaqişəsi ilə bağlı qalmaqallı açıqlamaları ilə sosial şəbəkələrdə qınaq obyektinə çevrilən türkiyəli yazıçı Adnan Oktar açıqlama verib.

Pressaz.com oxu.az-a istinadən həmin açıqlamanı tam həcmdə təqdim edir.

1. Proqramınızda Qarabağ münaqişəsi ilə bağlı fikirlərinizi ifadə edərkən Azərbaycanda ermənilərə nifrət edən hər kəsə “it” dediyiniz iddia edilir. Daha sonra bu videonun montaj olduğunu söyləmisiniz. Bildiyimiz kimi, həmin proqram canlı yayımlanır, bəs bu nə qədər doğrudur?

İlk öncə bütün azərbaycanlılara sevgilərimi göndərirəm, hamısını çox istəyirəm, Azərbaycan bizim canımızdır. Həmin videonun montaj olması haqqında isə mənim heç bir açıqlamam olmayıb. Mənim danışığım açıq-aşkardır, qulaq asan hər kəs də anlayır ki, orada mənim tənqid etdiyim qrup qan tökən, müharibə istəyən və zülm edən insanlardır. Danışığımda müharibə edən bir ovuc insanı tənqid etdiyimi xüsusilə vurğulayıram.

Videonun axırında azəri qardaşlarımızın qan içində qalmasına diqqət çəkərək Ermənistanın zülmünü qınayıram. Mən Qurana tabe olan müsəlmanam, Allahı çox sevən, Allahdan qorxan və hər kəsi Allahın qulları kimi sevib dəyər verən biriyəm. İstəyirəm ki, bütün dünyaya sevgi hakim olsun.  Müharibələr dayansın, nifrət bitsin, silahları buraxsınlar və silaha sərf edilən pullar insanların xoşbəxtliyi üçün xərclənsin. Çünki bu, Allahın bizə bildirdiyi əxlaqdır. Ancaq bir müsəlman kimi Quranın əmrinə uyğun olaraq zülmkarı hər zaman qınayır və tənqid edirəm. İsrailin də, Ermənistanın da, Azərbaycanın da, Rusiyanın da zalımını qınayır, nifrətin yanlışlığını izah edirəm. Müharibə istəyən, məsum insanların qanının axmasına səbəb olan və onları yurdlarından didərgin salanlara qarşı müsəlmanlar nə etməlidir? Bu hərəkətlərinin yanlış olduğunu izah etməli və sülhə təşviq etməlidir. Azərbaycanlı qardaşlarımız çox əziyyət çəkdilər, şəhidlər verdilər, bu çətinliklər onların Allahın izni ilə şərəfli və şanlı tarixlərinin bir hissəsidir. Azəri şəhidlərimiz bizim nurumuzdur. Mən bundan sonra azəri canlarımızın layiq olduqları kimi, xoşbəxt, firəvan, zəngin və sülh içində yaşamalarını istəyirəm. Bunun üçün də şəfqət, sevgi, mərhəmət və dostluğun bütün bölgəyə hakim olmasını arzulayıram.

2. 2014-cü ildə də siz və “kediciklər”iniz tərəfindən sosial mediada Azərbaycanın ünvanına sərt ifadələr yazıldığı iddia edilir. “Kediciklər” Azərbaycanın Ermənistandan qorxduğunu, buna baxmayaq, ermənilərin üzərinə hücum etdiyini bildirmişdilər. Siz də “kedicik”lərə haqq qazandırmışdınız. (http://oxu.az/showbiz/21839)

Bu söylədiyiniz sosial media paylaşımları tamamilə montajdır. Bu paylaşımlardakı sözlər, cümlələr, ifadələr mənim rəfiqələrim tərəfindən əsla istifadə edilməyən üslubdur. Bundan başqa, bu yazı tipi də tvitterdə istifadə edilmir. Rəfiqələrim həm aldıqları təhsil, həm mədəni səviyyələri, həm də inancları baxımından əsla belə üslubdan istifadə etməzlər. Bir türk vətəndaşı kimi Azərbaycanın yeri məndə bambaşqadır.

Allahın izni ilə İstanbuldan çıxıb Xəzərin sahilinə qədər vizasız, pasaportsuz gedəcəyimiz, Xəzərin sahilində birlikdə süfrə quracağımız, iki dövlət, tək millət kimi birləşəcəyimiz günləri həsrətlə gözləyirəm. Mənim rəfiqələrim də bu tərbiyəni alıblar. İnsanlar Türkiyə və Azərbaycan arasında iki qardaş arasında fitnə salmaq istəyən bu şəxslərə əsla etibar etməsinlər. Belə montajlar hazırlamaq çox bəsit və ucuz oyundur, özlərinə görə guya azəri xalqının ağlını ələ salmaq istəyirlər. Bu sevgisiz, ağlı zəif və dava-dalaş istəyən nifrət dolu insanlara qarşı biz həmişə bir olacağıq, azəri qardaşlarımızla daha da birləşərək bunların oyununu hər dəfə pozacağıq inşaAllah.

3. Axırda Ermənistanın uzun illərdir ki, Azərbaycana qarşı törətdiyi soyqırım və vəhşilik mövzusuna münasibət bildirməyinizi istəyirəm ...

Zülmün bitməsini və təkarlanmamasını istəyən hər insan bu zülmün kökünə baxmalıdır. Eyni məhlədə, eyni küçədə qonşu kimi yaşayan insanlar bir sabah qalxanda qonşusunun övladına birdən-birə düşmən gözü ilə baxıb qan tökməz. Adamlar bunu təbliğlə əldə edirlər. Darvinist-materialist təbliğatla insanlara “siz heyvanlardan törədiniz, hər şey kor təsadüflərin məhsuludur, güclü olmaq üçün zalım olmalısınız və bir-birinizi düşməncəsinə əzməlisiniz”, – deyə tədris edilir. Biz bu yanlış tədrisi ortadan qaldırsaq, insanlara Quran möcüzələri və iman həqiqətləri ilə Allahın varlığını izah etsək, hz.Adəmin övladları olaraq hamının qardaş olduğunu, Allah sevgisi ilə hər mövzunu qiymətləndirməyi və vicdanlı davranmağı öyrətsək, bütün zülmlər sona çatar. Yer üzündə sülhü hakim etmək namaz qılmaq və oruc tutmaq kimi müsəlmanlara fərzdir. Zülmün bitməsini və təkrarlanmamasını istəyən hər insan bu zülmün kökünə baxmalıdı.

шаблоны для dle 11.2
Diğər xəbərlər:
Xəbər lenti
Bütün xəbərlər →