“Azərbaycan bayrağı ilə dövrə vurmaq arzum idi” – dünya çempionu

  

“Xoşbəxtəm. Karyeramda ən yaxşı uğura imza atdım. Bunu bacaracağıma inanırdım.” Bu sözləri Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet Ramil Quliyev yerli mətbuata müsahibəsində deyib. 

Türkiyəni təmsil edən Azərbaycan əsilli idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb. Quliyev 20,09 saniyə nəticə ilə ən yaxşı olub. O, dünya üzrə ən yüksək nəticə göstərmiş 3 ağdərili atletdən biridir.

Qeyd edək ki, Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşən Ramil Quliyev 1990 - cı ildə Bakıda anadan olmuşdur. 2011-ci ildən Türkiyə vətəndaşıdır və beynəlxalq yarışlarda qardaş ölkəni təmsil edir.шаблоны для dle 11.2
Xəbər lenti
Bütün xəbərlər →
>