Cərimələri ödəməyən sürücülərin nəzərinə - REYDLƏR BAŞLADI

 

Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, barələrində tərtib olunmuş elektron protokollar üzrə təyin edilən cərimələri vaxtında ödəməyən, kobud qayda pozuntularına yol verən, avtomobilləri sərxoş vəziyyətdə idarə edən sürücülərin müəyyən edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir Xəzər rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Reyd zamanı saxlanılan sürücülərin ödənilməyən cərimələrinin olub-olmaması patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsilə yoxlanılıb.

Həmçinin reyd zamanı cərimələri mərkəzi məlumat xidmətində qərarsız kimi qeyd olunan sürücülər də saxlanılaraq, onlara pozduqları yol hərəkəti qaydaları barədə yerindəcə müvafiq sənədlər təqdim olunub.

Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücünün nəqliyyat vasitəsinin mühafizə olunan müvəqqəti duracağa yerləşdirilməsi barədə qərar qəbul olunur. Təşkil olunan reyd zamanı bu tipli qayda pozuntularına yol verən sürücülərin də avtomobilləri cərimə meydançasına yerləşdirilib.

Qeyd edək ki, bu ilin 8 ayı ərazində Xəzər rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 7970 inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməyi ilə qaydaları pozan 25000 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib. Qeyd edilən dövrdə Xəzər rayonu ərazisində kobud qayda pozuntularına yol verən 1251, həmçinin sərxoş vəziyyətdə avtomobil idarə edən 170 sürücü müəyyən edilərək barələrində qanuni tədbir görülüb.

Oxu.az
шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →