"Çıxış yolu" verilişi Zəngilanın işğal gününə həsr olunmuş tədbir keçirdi

  

"Çıxış yolu" verilişi Bərdədə yerləşən 1 saylı Ağdam orta məktəbində Zəngilanın işğalına həsr olunmuş tədbir keçirmişdir.

Pressaz.com
xəbər verir ki, tədbirdə həmçinin tanınmış yazar İradə Əlilinin "Bir damla göz yaşında torpaq həsrəti" kitabının müzakirəsi olmuşdur. "Çıxış yolu" verilişinin layihə rəhbəri və aparıcısı Nuranə Gülər vətənpərvərlik mövzusunda tədbirlərin Azərbaycan gəncliyində vətənpərvərlik hissinin formalaşmasında çox böyük rol oynadığını söyləmişdir.

Yazar İradə Əlili və bir çox aydınlar tədbirdə fəal iştirak etmiş, o gün baş verən hadisələrin şahidi olmuş Elçin Quliyev isə öz xatərələrini paylaşmışdır.

Qeyd edək ki, "Bir damla göz yaşında torpaq həsrəti" kitabı o qanlı hadisələrin şahidi olmuş Elçin Quliyevin xatirələri əsasında hazırlanmışdır.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir:













 
шаблоны для dle 11.2
loading...


Xəbər lenti
20:44
17 noyabr
Lavrov Bakıya gəlir
Bütün xəbərlər →