FHN-də qadın general da işdən çıxarılıb? - AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib. Bundan sonra FHN-in ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayev də işdən çıxarılıb.
Pressaz.com xəbər verir ki, yenicağ.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, FHN-də ixtisarlar davam edir. Belə ki, Kəmaləddin Heydərov ən yaxın adamlarından birini, sağ əli kimi tanınan – uzun illər onunla çiyin-çiyinə çalışmış, Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanı da tutduğu vəzifəsindən uzaqlaşdırıb.
İddialara görə, FHN-də baş verən kütləvi ixtisarların kökündə külli miqdarda yeyinti faktları və etimad problemi dayanır.
AZXEBER.COM məsələ ilə bağlı FHN ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Sevda Şirinova ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir və o işindən ayrılmayıb. 
 
 
 шаблоны для dle 11.2
loading...


Xəbər lenti
20:44
17 noyabr
Lavrov Bakıya gəlir
Bütün xəbərlər →