Bakıda 10 yaşlı qızı 9-cu mərtəbədən atdılar - VİDEO

 

Paytaxtın Binəqədi rayonunda qəribə hadisə olub. 10 yaşlı uşağın 9-cu mərtəbədən atıldığı iddia olunur.

Xəzər xəbər-in məlumatına görə, hadisə avqustun 26-ı axşam saatlarında Rəsulzadə qəsəbəsində baş verib.

10 yaşlı Aytən Mehdiyeva deyir ki, naməlum 1 kişi və 1 qadın onun ağzına keyləşdirici ilə isladılmış parça tutaraq evin qapısının ağzından götürüb 9-cu mərtəbəyə çıxarıblar. Yuxarı çıxan zaman o, anlaqlı vəziyyətdə olub.

Zərərçəkmişin sözlərinə görə, müqavimət göstərməsinə baxmayaraq, onu 9-cu mərtəbədən aşağı atıblar. Uşaq 1 saylı Şəhər Kiliniki Xəsətəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Uşağın atası Zaur Mehdiyev deyir ki, düşmən münasibətində olduğu heç bir adam yoxdur.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →