Gəncədə avtomobil 55 yaşlı piyadanı vurdu - Vəziyyəti ağırdır

 

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Gəncə Şəhər Polis İdarəsindən Pressaz.com -a verilən məlumata görə, qəza şəhərin Təbriz küçəsində baş verib. Belə ki, VAZ 21015 markalı avtomobil idarə etməni itirərək, piyada 55 yaşlı Nurməmməd Qasımovu vurub.

Yaralı Müxtəlif bədən xəsarətləri ilə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralıya lazımı tibbi yardım göstərilib.

Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir.

Sürücü saxlanılıb. Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

A.Ə.
шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:30
23 oktyabr
Sabaha olan hava proqnozu
Bütün xəbərlər →