Oğul öz qardaşını və atasını xəstəxanalıq etdi

 

Şəkidə ata və oğul döyülüb.

Belə ki, oğul atasını və qardaşını xəstəxanalıq edib. Şəki şəhər Polis idarəsindən Pressaz.com-a verilən məlumata görə, hadisə Şəkinin Sarıca kəndində baş verib.

83 yaşlı ata və oğlu müxtəlif bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Məlumata görə, H. Musayevin oğlu, atasını və qardaşını döyüb. Hadisə ailə münaqişə zəminində dava zamanı baş verib. 83 yaşlı kişiyə qapalı kəllə-beyin travması qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Oğlu, R. Musayevin isə xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıb.

Hadisəni törədən H. Musayevin digər oğlu saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

A.Ə.шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →