Ağır xəstə olduğunu bildi - Özünü 17-ci mərtəbədən atdı

 

Sentyabrın 19-da 31 yaşlı kişinin özünü Bakının mərkəzində binanın 17-ci mərtəbəsindən ataraq intihar etməsi hadisəsinin səbəbi məlum olub. 

Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yerləşən binadan özünü atan 31 yaşlı Nuri Mirzəyevin ağır xəstəliyə düçar olması və bu səbəbdən dərin psixoloji sarsıntı keçirməsi məlum olub.

Xəstəliyi ilə bağlı öyrənəndən sonra bir neçə dəfə intihar edəcəyini deyən N.Mirzəyev həmin gün yaşadığı evin yaxınlığındakı binanın qarşısına gələrək özünü atmağa çalışıb. O, bina sakinlərindən birinin kodlu qapını açması zamanı dərhal dəhlizə keçib və liftlə sonuncu - 17-ci mərtəbəyə qalxaraq özünü atıb. 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →