Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

 

Hadisə Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisində qeydə alınıb.

Rayon Polis idarəsindən Pressaz.com-a verilən məlumata görə, hadisə yol kənarındakı mebel mağazasının önündə baş verib.

Belə ki, rayonun Könüllü kənd sakini, 22 yaşlı Kənan İdrisli, naməlum şəxs tərəfindən bıçaqlanıb.

Məlumata görə tərəflər arasında yaranan mübahisə, sonda bıçaqlanma ilə nəticələnib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, qarın nahiyəsindən bıçaq yarası alan şəxs təcili olaraq əməliyyat olunub. Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirir.

Faktla bağlı Şəmkir Rayon Polis idarəsində araşdırma aparılır.

A.Ə.шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:30
23 oktyabr
Sabaha olan hava proqnozu
Bütün xəbərlər →