Ağdaşda narkotik plantasiyası aşkarlandı

 

Ağdaş rayonunda qanunsuz narkotik bitkilər yetişdirən və evində narkotik saxlayan şəxs saxlanlıb.

Pressaz.com
xəbər verir ki, Ağdaş rayon Polis Şöbəsinin baş təhqiqatçısı, kapitan Rəşid Musayev APA-ya bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Pirəzə kənd sakini, 1976-cı il təvəllüdlü Eminov Məhəmmədiyə Xəlil oğluna məxsus evin həyətyanı sahəsindən xüsusi üsulla yetişdirilmiş narkotik bitkilər tapılıb. Polis əməkdaşları narkotik plantasiyasına baxış keçirərkən oradan ümumi çəkisi 207 kiloqram, hündürlüyü 4,5 metr olan 17 ədəd çətənə bitkisi aşkar edib.
 
Bundan başqa, keçirilən əməliyyat zamanı Məhəmmədiyə Eminovun evinə baxış keçirilib və oradan qanunsuz saxlanılan və ümumi çəkisi 145 qram olan qurudulmuş marixuana aşkarlanıb. M. Eminov polis əməkdaşlarına ilkin ifadəsində narkotik kollara vaxtaşırı qulluq etdiyini və həmin bitkilərdən narkotik vasitə hazırlayaraq özü istifadə edəcəyini bildirib.
Faktla ağlı Ağdaş rayon Polis Şöbəsinin təhqiqat qrupu tərəfindən araşrıma aparılır. шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →