Kredit borcunu ödəyə bilməyən taksi sürücüsünün faciəvi ölümü – TƏFƏRRÜAT

 

Dünən Abşeron rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Pressaz.com
-un lent.az-a istinadən verdiyi məlumata görə, Saray bağları yaşayış massivində 1964-cü il təvəllüdlü Məmmədov Elşən Mahmudoğlunun özünü asaraq, intihar etdiyi ev ona məxsus olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov taksi sürücüsüdür və həmin evdə yaşayan əlil kişiyə xidmət göstərirmiş. O, bir neçə gün imiş ki, ailəsinin yaşadığı evə getmirmiş və həmin əlil kişiyə məxsus ikimərtəbəli evdə qalırmış. Dünən isə sürücünün özünü birinci mərtəbədə asaraq, həyatına son qoyduğu məlum olub.

İntiharın səbəbinə gəlincə, E.Məmmədovun bir müddət əvvəl kreditlə avtomobil aldığı və ödənişi vaxtında həyata keçirə bilmədiyi deyilir.
Araşdırmalar davam etdirilir.

шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →