Əmiləri oğlu tərəfindən iki qardaş döyüldü

 

Şəmkirdə iki qardaş ağır döyülərək xəstəxanalıq edilib.

Hadisə rayonun Seyfəli kəndində baş verib. Rayon polis idarəsindən Pressaz.com-a verilən məlumata görə, 35 yaşlı Ruslan Abbasov və 32 yaşlı Taleh Abbasov döyülərək xəstəxanalara yerləşdiriliblər. Qardaşlardan biri Taleh Abbasov ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, digəri Ruslan Abbasov isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Yaralılara təcili tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır qiymətləndirilir.

Qardaşların yaxınlarının verdiyi məlumata görə, qardaşlara dava etdikləri əmilərinin oğlu Qəmbər Abbasov xəsarət yetirib.

Qəmbər Abbasov rayon polis əməkdaşları tərəfindəb saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

A.Ə.шаблоны для dle 11.2
loading...
Xəbər lenti
17:17
17 oktyabr
Alma suyunun faydaları
Bütün xəbərlər →