Azyaşlı qızını öldürən qadın özünü günahkar saymayıb

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Pressaz.com xəbər verir ki, APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

G. Saypullayevanın həyat yoldaşı Bəxtiyar Ömərov iclasda ifadə verib. Bildirib ki, G. Saypullayeva qızına yaxşı baxıb: "Mən həmin gün heyvanları otlağa aparmışdım. Sonra eşitdim uşağın vəziyyəti pisdir. Həkimə aparanda yolda öldü. Gülnarə dedi ki, mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb uşağa verib. Səbəbin soruşdum dedi "başıma nəsə fikir gəldi, elədim".

Proses davam edir.
шаблоны для dle 11.2
loading...


Xəbər lenti
20:44
17 noyabr
Lavrov Bakıya gəlir
Bütün xəbərlər →