Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib - 4 nəfər yaralı var

 

Bərdə rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Pressaz.com xəbər verir ki, hadisə rayonun Gərənə kəndində baş verib. Bərdə rayon sakini Xəlil Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və avtomobillərdə olan sərnişinlər Namiq ƏvəzovKənan Teymurlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Rayon Polis idarəsi baş verən hadisəni təstiq edərək, faktla bağlı araşdırmalara başlanıldığını bildirdilər.

A.Ə.
шаблоны для dle 11.2
loading...


Xəbər lenti
20:44
17 noyabr
Lavrov Bakıya gəlir
Bütün xəbərlər →