Könül Xasıyevayanı aldadan müğənni haqda həbs qərari verildi

  • 13:13 21 avqust 2017
  • Hadisə
  • Baxış sayı: 168
 

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirən şəxsin məhkəməsi baş tutub. 

Pressaz.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi muğam ifaçısının pulunu qaytarmayan müğənni Xatirə Hacıyeva barədə iki aylıq həbs qətimkan  tədbirinin seçilməsi haqqında qərar qəbul edib.

Bu barədə “Qafqazinfo”ya xalq artistinin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Vəkil operativ işi həyata keçirən hər kəsə təşəkkürünü bildirib:

“Xatirə Hacıyeva barəsində məhkəmə iki aylıq həbs qətimkan tədbrii seçib. Nərimanov rayon polis idarəsinin rəisi Nəriman İmanova, istintaq şöbəsinin rəisi Vüqar İsmayılova, operativ işlədiyi üçün müstəntiq Racib Almazova öz təşəkkürümüzü bildiririk”.
 шаблоны для dle 11.2
Diğər xəbərlər:
Xəbər lenti
Bütün xəbərlər →