“Bundan sonra heç kəs pul istəməyəcək” - İntihar

 

Maddi imkansızlıq növbəti dəfə insan faciəsinə səbəb olub. Bakının Səbail rayonunda 32 yaşlı kişi özünə qəsd edib.

Bu barədə "Sputnik Azərbaycan"-a Səbail rayon prokurorluğundan məlumat verilib.

Məmmədov Elvir Azər oğlu Salyan şosesində yerləşən evində özünü asıb. İntihar hadisəsi günorta saatlarında baş verib. İlkin araşdırma zamanı intiharın səbəbi məlum olub. Məmmədovun böyük məbləğdə borcu var imiş. Bu səbəbdən iki uşaq atası olan Məmmədov yarım il əvvəl həyat yoldaşından boşanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində Məmmədovun intihardan əvvəl yazdığı və həyatdan getmək qərarının səbəbini açıqladığı məktubu tapıblar: "Mən xoşbəxtəm, çünki bundan sonra heç kəs məndən pul istəməyəcək".

Məlumata görə, Məmmədov özünə qəsdi boşandıqdan sonra yaşadığı bir tanışının evində gerçəkləşdirib. Faktla bağlı araşdırma aparılır.


Qafqazinfoшаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →