Kollec müəllimi özünü niyə öldürdü? – TƏFƏRRÜAT

 

Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin 33 yaşlı müəlliminin intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Pressaz.com lent.az-a istinadən xəbər verir ki, bu gün səhər yaşadığı evin həyətində asılı vəziyyətdə meyiti tapılan 1984-cü il təvəllüdlü Həmidov Hüseyn Maarif oğlu daha əvvəl rayondakı kredit təşkilatlarından birində işləyib. Onun kredit verdiyi bir çox insanın borcunu vaxtında ödəyə bilməməsi səbəbindən H.Həmidovun şirkətə külli miqdarda borcu qalıb və bu səbəbdən mütəmadi olaraq narahatlıqlar baş verirmiş. Daha sonra dayısının rəhbərlik etdiyi kollecdə müəllim işləməyə başlayan Hüseyn burada xanım tələbələr ucbatından problem yaşayıb. Onun tələbələrlə dostluq münasibəti ailədə söz-söhbətə səbəb olub və kollecdə işləyən həyat yoldaşı evi tərk edib. Bu səbəbdən 33 yaşlı H.Həmidov depressiyaya düşüb və həyatına son qoyub.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →