Tovuzda dəhşətli yanğın - 8 nəfər zəhərləndi+ Video

 

Tovuz rayonunda baş vermiş yanğın hadisəsi zamanı kütləvi zəhərlənmə olub.
Pressaz.com-un “ARB TV”yə istinadən verdiyi məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.
Kənd ərazisində ticarət obyektlərindən birində yanğın olub. Kənd sakinləri yanğının qarşısını almaq üçün tədbirlər görüb. Yanğının qarşısını alarkən 1 nəfər qadın olmaqla 8 nəfər tüstüdən zəhərlənib.
22 yaşlı Eldəniz Qədimov, 36 yaşlı Mehman Vəliyev, 23 yaşlı Qəhrəman Əsədov, 20 yaşlı Xəyal Məmmədov, 27 yaşlı Elvin Ələsgərov, 25 yaşlı Murad Əsədov, 41 yaşlı Kamran Seyidov və 50 yaşlı Həsənova Elmira zəhərlənmə ilə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Zəhərlənənlərə tibbi yardım göstərilib. Xəstələrin vəziyyəti qənaətbəxş olduğundan onlar ambulator müalicəyə buraxılıb.

шаблоны для dle 11.2
loading...
Xəbər lenti
13:15
20 oktyabr
Sabaha olan hava proqnozu 
Bütün xəbərlər →