"Qarabağ" – “Kopenhagen” oyununun bilet satışında izdiham

  • 12:34, 12 avqust 2017
  • İdman
  • Baxış sayı: 19
 

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Klubun rəsmi saytında bildirilir ki, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

 
 
Biletlərin qiyməti nömrəli sektorlara görə 1 - 10 manat arası dəyişir. VİP sektoru üçün isə 50 manat təşkil edir.
Qeyd edək ki, avqustun 15-də keçiriləcək "Qarabağ" – “Kopenhagen" matçı saat 20:00-da başlayacaq.

шаблоны для dle 11.2
Xəbər lenti
Bütün xəbərlər →
>