Kamran Avroliqa üçün sifariş olundu

  • 20:55 27 iyul 2017
  • İdman
  • Baxış sayı: 38




Çexiyanın "Mlada Boleslav" klubu yeni transferi - millimizin üzvü Kamran Ağayevi UEFA-ya sifariş edib.

Pressaz.com-un UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib. 31 yaşlı qolkiper 30 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Çexiya mətbuatı Kamranla 1+1 illik müqavilə imzalandığını yazıb.
Əlavə edək ki, "Mlada Boleslav" - “Skenderbeu” matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.шаблоны для dle 11.2
Diğər xəbərlər:
Xəbər lenti
Bütün xəbərlər →