e40.jpg
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının Suriyada PYD terror təşkilatına silah yardımına sərt reaksiya verib.

 

Prezident qarşı tərəfdən verilən bəyanatların qəbul edilməsinin mümkün olmadığını deyib.

“Siz terror təşkilatlarına silah yardımı edərək, daha sonra “silah deyil, sursat göndəririk” deyirsinizsə, bunu qəbul edə bilmərik. NATO-dakı tərəfdaşınızı, yoxsa terror təşkilatları seçirsiniz? Bunu qəbul etməyimiz mümkün deyil. Nəyin sursat, nəyin silah olduğunu ən azından sizin qədər yaxşı bilirik. Biz NATO-da sizinlə bərabərik, amma dəstəyi bizə deyil, separatçı terror təşkilatlarına verirsiniz. Əgər biz strateji tərəfdaşıqsa, bizim yanımızda olmalısınız, terror təşkilatlarının yanında deyil”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” kanalının efirində ABŞ-ın PYD-də (PKK terror təşkilatının Suriya qolu – red.) silah çatdrımasına toxunub: “ABŞ-ın da içində olduğu koalisiya müəyyən müddətdir “Fərat Qalxanı” hərəkatına dəstək vermir, PYD və YPG-yə (PYD-nin silahlı qanadı –red.) silah yardımı edir. Bunu onlar da, biz də yaxşı bilirik. ABŞ YPG-yə silah verib. Koalisiyanın “Fərat Qalxanı”na dəstək verməməsinin səbəbini sizə söyləyim: YPG ABŞ-a təzyiq edir. Onlar terror dəhlizi yaratmağa çalışır. ABŞ Rakkada YPG-dən istifadə etmək istəyir. YPG də “sən məndən istifadə etmək istəyirsənsə, Türkiyə Rakkada müvəffəqiyyətli olmamalı və bizim yaratmaq istədiyimiz dəhlizə mane olmamalıdır” deyir”.

Publika.az

© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.