Ardını oxu...
Azərbaycanda sizi bizim xeyirxah və yaxşı dostumuz kimi tanıyırlar. Siz Azərbaycanda tez-tez olursunuz, Azərbaycanı və Azərbaycan xalqını yaxşı tanıyırsınız və münasibətlərimizin möhkəmləndirilməsi üçün çox işlər görürsünüz. Mən bilirəm və görürəm ki, siz Azərbaycan ilə Dağıstan arasında tarixi əlaqələrin inkişafının və möhkəmləndirilməsinin səmimi və qəti tərəfdarısınız. Azərbaycan xalqı sizə həm də bizim görkəmli şəxsiyyətlərimizin xatirəsinə göstərdiyiniz münasibətə görə çox minnətdardır.

Ardını oxu...

Ardını oxu...
Ermənistanın keçmiş müdafiə naziri, təzəcə siyasət meydanına atılıb gələn ilki parlament seçkilərində yeni formalaşdırılan partiyanın tərkibində iştirak etməyə hazırlaşan Seyran Ohanyan Qarabağa dair bəyanatla çıxış edib.
 
Ohanyan bəyanatına keçmiş prezident Levon Ter-Petrosyanın Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın və Dağlıq Qarabağın gələcəyinin olmadığı haqda fikirlərinə münasibət bildirməklə başlayıb.
Ardını oxu...
Ohanyanın bildirdiyinə görə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə nail olmadan inkişaf edə bilməyəcəyi haqda fikirlər “fundamental səhvdir və ya səmimi yanılmanın nəticəsidir”.
 
Lakin Ohanyana görə Ermənistan doğrudan da öz qonşuları, o cümlədən Azərbaycanla “layiqli sülh formulu” tapmağa borcludur. “Bunun üçün bizim dövlətimizin və bütün erməni xalqının resurslarından, səylərindən istifadə etmək lazımdır. Bu istiqamətdə nəhəng iş görülməlidir, əlbətdə, bunu həyata keçirə bilən adamlar və dairələr var”-Ohanyan yəqin ki, siyasətçi kimi özünə eyhamla bildirib.
 
Keçmiş müdafiə nazirinin fikrincə ölkənin inkişafı və layiqli sülhün əldə olunması naminə yeni formul işlənib hazırlanmalı, bu zaman daimi xarici təhdid, regional və beynəlxalq inkişaf, dünyanın güc mərkəzlərinin fərqli maraqları nəzərə alınmalıdır.
Ardını oxu...
Ohanyan hesab edir ki, Qarabağ məsələsi həll olunmadan Ermənistanın inkişafının mümkün olmadığı haqda fikirlər “zərərlidir”, danışıqlarda İrəvanın mövqelərini zəiflədir. “Biz Ermənistanın inkişafını istənilən qiymətə, Qarabağın hesabına təmin etməli deyilik. Əksinə, Ermənistanı inkişaf etdirməliyik ki, məhz Qarabağ məsələsini həll edə bilək, bununla da uzunmüddətli sülhə nail olaq”-Ohanyan əlavə edib.
 
“Mən inanıram ki, Qarabağ münaqişəsi sülh yoluyla həll edilə bilər, bu, mümkündür. Biz Azərbaycanla qarşılıqlı razılığa gələ bilərik və bu istiqamətdə işləməliyik. Lakin nə qədər ki, münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühiti formalaşdırılmır, danışıqlar prosesində irəliləyiş əldə etmək də çətin olacaq”-Ohanyan deyir.

Virtualaz.org 


Ardını oxu...
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” prezidentin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi (FHN), Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Ardını oxu...

© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.