Ardını oxu...

Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Rusiya prezidenti Vladimir Putin ə başsağlığı verib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev bildirib ki, çoxsaylı insan tələfatı ilə nəticələnmiş TU-154 təyyarəsinin qəzası haqqında xəbər onu sarsıdıb.

Dövlət başçısı Azərbaycanın xalqı adından və şəxsən öz adından Rusiya prezidentinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verib. 

 

Ardını oxu...

Bu gün Soçidən Suriyaya uçarkən qəzaya uğrayan və Qara dənizə düşən "TU-154" təyyarəsindəki 92 nəfərdən 64-ü Rusiya Müdafiə Nazirliyinin "Aleksandrov" adlı mahnı-rəqs ansamblının üzvü olub. Ansambl Suriyaya bu ölkədəki rus hərbi bazasında Yeni il konsertləri vermək üçün yola düşüb.

Bildirilir ki, təyyarədə ansamblın demək olar ki, bütün yaradıcı heyəti məhv olub.

Qeyd edək ki, bu ansambl 1928-ci ildə yaradılıb.

mənbə:lent.az

Ardını oxu...
Azərbaycan Silahlı Qüvvələrinin real döyüş atışları icra etməklə, “İldırım” zenit-raket komplekslərini nümayiş etdirməsi Ermənistanda birmənalı şəkildə şok effekti yaradıb. Adətən istənilən məlumata şərh verən erməni ekspert-mütəxəssislər bu dəfə iflic vəziyyətinə düşüblər. Artıq ikinci gündür ki, onların susqunluğu davam edir.

Ardını oxu...

© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.