e33.jpg
“Millət vəkillərinin çoxunu yaxşı tanıyıram. Kimin “qabında nə var”, kim nə danışa bilər, onu da yaxşı bilirəm. Elə millət vəkilləri var ki, 25 ildir parlamentdə oturublar, lakin indiyə qədər ağızlarını açıb, bir söz deməyiblər”
 

Bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı millət vəkili Astan Şahverdiyevin xalqı təhqir etməsilə bağlı məsələyə fikir bildirərkən deyib. Onun sözlərinə görə, belə deputatlar heç danışmasalar daha yaxşı olar.

“Kefli İsgəndərin sözü olmasın, “yatın ölülər”, demək lazımdır. Onlara demək lazımdır ki, “susun, hörmətli deputatlarımız!”. Çünki susmayanda, ağızlarını açıb danışanda nəsə problem yaranır. (Gülür – red.).

Konkret Astan müəllimə gəlincə, S. Rüstəmxanlı bu işə təəccübləndiyini deyir:

“Mən onu ciddi adam kimi tanımışdım. Birdən-birə niyə bu qədər böyük səhv edib, anlamadım. Mən Dünya Azərbaycanlıları Konqresinin sədri, diaspora işilə məşğul olan insan kimi həmişə demişəm ki, ölkəmizdən Azərbaycanın qaymaqları gedir. Təkcə Türkiyə universitetlərində çox sayda elmlər doktoru dərs deyir. Nə qədər alimlərimiz, akademiklərimiz var. Professorlarımız çalışır. Sankt-Peterburqda, Almaniyada ziyalılarımız var. Elə şəhərlər var, orada 15 min azərbaycanlı yaşayır. Tələbələr təhsil alır. Amerikada yüksək vəzifələrdə çalışan azərbaycanlılar var. Yumşaq desək, Astan Şahverdiyev nə qədər ehtiyatsız və dünyadan xəbərsiz olmalıdır ki, belə təhqirə yol versin? Bəlkə də kimlərinsə sözünə uyub”.

S. Rüstəmxanlı deyir ki, ölkədən gedənlərin hamısı eyni səviyyəli adam deyil. Məhz buna görə də, ümumi danışmaq olmaz:

“Müxalifətçi adı ilə gedib, əslində heç müxalifətə dəxli olmayan adamlar da var. Gedirlər, Azərbaycanın əleyhinə işlər aparırlar. Erməni soyadı ilə gedənlər var. Hətta cinsi azlıq adı ilə gedənlər var. Guya onlara Azərbaycanda təzyiq olunur. Belə insanlar var, amma bunlar çox azdır”.

Ölkə.az

Bölmənin digər xəbərləri

18 May 2017 DİN əməkdaşı Gürcüstanda bayrağımızı yüksəltdi - FOTO
04 May 2017 “Toy olsun” komediyası oynanılacaq
04 May 2017 İradə Əlili: Ölçülə bilən sevgi yazıq bir sevgidir
04 May 2017 İxtiralarıma artıq xaricdən təkliflər gəlir
01 May 2017 Azərbaycanın hərb tarixi üzrə xüsusi təyinatlı ali təhsil müəssisələri üçün proqram çapdan çıxıb
11 Aprel 2017 Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirilib
26 Mart 2017 QHT əməkdaşları bayram ziyarətində oldular
26 Fevral 2017 "PEŞƏYÖNÜMLÜ TƏHSİLİN İNKİŞAFINA YARDIM" İCTIMAİ BİRLİYİ YARADILDI
30 Dekabr 2016 MTN generalı agentlərin ləqəbini açıqladı - “Bankir”, “Kolumb”...
30 Dekabr 2016 KTMT Qarabağla bağlı ifadələrə AYDINLIQ GƏTİRD
30 Dekabr 2016 Metronun iş saatı dəyişdi
30 Dekabr 2016 Azərbaycan ordusunda "Açıq qapı" günü
30 Dekabr 2016 Milli Məclis toplanır - İlin son iclası
29 Dekabr 2016 Uorlikdən cəbhədəki bugünkü təxribatla bağlı açıqlama
29 Dekabr 2016 7 hərbçimizin həlak olması yalanı... - Rəsmi
29 Dekabr 2016 Dövlət Komissiyası: İtkin düşmüş hərbçi ilə bağlı araşdırma aparılır
29 Dekabr 2016 Cəbhədə toqquşma: əsgərimiz itkin düşdü
29 Dekabr 2016 Cəbhədə savaş xəbərinə Vaqif Dərgahlıdan cavab - Təcili
29 Dekabr 2016 Sərhəddə döyüş: Ermənistan ordusunun 3 hərbçisi öldürüldü, general yaralandı
29 Dekabr 2016 Bakıda partlayış: nazirlik əməkdaşları yaralandı
© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.