0001fff.jpg
Azərbaycan və rus dillərində hazırlanan proqram

Silahli Qüvvələrin Hərbi Akademiyasının Elmi Şurasının qərarı ilə təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, proqramın tərtibçisi ehtiyatda olan birinci dərəcəli

kapitan, tarix elmləri doktoru, dosent, Silahlı Qüvvələrin Hərbi Akademiyasının

adyunktura və elm şöbəsinin hərb tarixi üzrə professoru Nurulla Əliyevdir.

Nəşrin elmi redaktoru Bakı Dövlət Universitetinin tarix elmləri doktoru,

professor Pərvin Darabadi, redaktoru filologiya elmləri doktoru Sədi

Nuriyevdir.

Nəşrin “Giriş”ində qeyd edilir ki, Azərbaycanın müstəqilliyinin bərpası ilə

ölkəmizin hərb tarixində yeni milli silahlı qüvvələrin yaradılması mərhələsi

başlanıb. Bu dövrün hərb tarixi üzrə mənbələri rəsmi sənədlər, kütləvi

informasiya vasitələrinin materialları, hadisə iştirakçılarının məktub, xatirə və

memuarlarıdır.

Yeddi bölmədən və 22 mövzudan ibarət olan proqramda Azərbaycan

ərazisində üç min illik tarixi dövrdə baş vermiş əsas hərbi tarixi hadisələr ilk

dəfə kompleks şəkildə əhatə edilib. Burada hərb işinin Azərbaycanda qədim

dövr və orta əsrlərdə yaranması və inkişafının tarixinə, eləcə də yeni və ən

yeni dövrlərdə hərbi quruculuq problemlərinə böyük yer ayrılıb.

Bölmələr “Azərbaycanda ən qədim dövrlərdən bizim eranın II əsrinədək baş

vermiş hərbi-siyasi hadisələr və hərb işinin yaranması”, “Azərbaycanda orta

əsrlər dövründə hərbi iş və hərb sənəti”, “Səfəvi dövlətində hərb sənəti və

apardığı müharibələr. Azərbaycan xanlıqlarının hərbi sistemi (XVI - XIX)”,

“Azərbaycan Xalq Cümhuriyyətinin hərb siyasəti (1918-1920)”, “Azərbaycanın

Sovet Silahlı Qüvvələrində yeri və rolu (1920-1945)”, “Müharibədən sonra

SSRİ Silahlı Qüvvələri və xarici ölkələr üçün kadr hazırlığı mərkəzlərindən biri

kimi Azərbaycanın rolu” və “Azərbaycan Respublikasında müasir dövrdə hərbi

quruculuq” mövzularına həsr olunub.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizdə ordu quruculuğu

prosesinin ətraflı şəkildə əhatə olunduğu yeddinci bölmədə Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ulu öndər Heydər Əliyevin rəhbərliyi

ilə müstəqil Azərbaycanda ordu quruculuğu prosesi, həmçinin Prezident,

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı

sayəsində ordumuzun sürətli inkişafı, maddi-texniki bazasının gücləndirilməsi

istiqamətində görülən işlər təqdim olunan mövzularda ətraflı şəkildə əksini

tapıb.

Proqram tədris prosesində, xüsusi təyinatlı ali təhsil müəssisələrində,

həmçinin gənc nəslə hərb tariximizlə bağlı zəruri biliklərin çatdırılması və

onların milli vətənpərvərlik ruhunda tərbiyəsi işinin sistemli və əhatəli şəkildə

aparılmasına mühüm töhfədir.

 

Bölmənin digər xəbərləri

© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.