b_800_600_0_00_images_xeber_sekilleri_13dekabr2016_11aa.jpg

İxtiralar elm və digər inkişaf sahələrində yenilikləri və ardınca da zəngin bəhrəsini bəxş edən ilahi bir lütfdür. Bu, zəka ilə hissin yaradıcı görüşüdür. Əqli-yaradıcı iş prosesi zamanı keçmişdə elmə məlum olmayan bir nümunə tapmaq, yaratmaq, düzəltmək, icad etmək ixtira adlanır. S.Rəhimov çox gözəl vurğulamışdır ki, zəmanəmiz söz zəmanəsi deyil, fənn zəmanəsi, ixtira zəmanəsidir.
İxtiraların və elmin inkişaf etdirilməsi hər bir dövlət üçün onun 10, 20 və ya 50 il sonraya etdiyi həm zehni, həm də maddi yatırım deməkdir. ABŞ, İngiltərə, Rusiya, Çin, Almaniya, Yaponiya, İtaliya, Fransa, Hindistan, Pakistan, son zamanlarda da Türkiyə və İran kimi güclü dövlətlər öz dövlətçiliyini elmi araşdırmalar və bu sahədə texnoloji inkişaf kimi sağlam təməllər üzərində qurur. Onlar saysız-hesabsız beyin mərkəzləri quraraq xaricdən “beyinlər” almağa çalışırlr. Bir tək Türkiyənin inkişaf konsepsiyasına baxsaq 50 il sonra üçün edilən investisiya yatırımı bu ölkənin nə qədər irəliyə getdiyini əsaslı şəkildə göstərmiş olur. ABŞ və Rusiya kimi dövlətlərin dünya üzərində hegemonluq etmələrinin təməl səbəbləri ştatların zamanında “beyin axını”-nı təşkili, rusların isə sahə alimlərini dövlətdə ən yüksək hörmətə, maddi və mənəvi dəstəyə sahib edərək, onların “böyük dövlətçilik” və “imperializm” ideologiyası ilə bəslənməsi idi. Hindistanın qonşu dövlətlərin ərazisinə müdaxiləsi Pakistanın bu sahədə yatırımlar edərək öz silahlarını və texnologiyasını yaratmağa və inkişaf etdirməyə əsas verdi. Siyasi və dini sıxışdırmalara məruz qalan İran qonşusu Pakistana adekvat addım ataraq öz texnoloji göstəricilərini atom nüvəsinin zənginləşdirməsinə qədər inkişaf etdirdi. Adı çəkilən dövlətlərin hər biri barəsində ayrılıqda geniş məzmunlu məlumat yazmaq olar. Bəs bizlər bu sahədə nələrə sahib olmuşuq? Bu məsələyə diqqət yetirək.
Azərbaycan elminə önəmli töhfələr vermiş ixtiraçılarımızdan yazarkən, təbii ki, ağla gələn şəxslər içərisində Həsən Abdullayev, Midhət Abbasov, Məhərrəm Musayev, Qalib Qarayev, Sabir Əliyev, Sərdar Kərimov, Taryel Eyvazov, Əhliman Əmiraslanov, Əli Cavan kimi dahi şəxsiyyətləri unutmaq olmaz.
Dünyaca tanınmış azərbaycanlı ixtiraçıların həyatını araşdırdıqda, onların əksəriyyətinin xarici dövlətlər adına öz elmi kəçflərini irəli sürdüklərini, xarici elmlər akademiyaların həqiqi və fəxri üzvləri olduqları bəlli olur. Yerdə qalan ixtiraçılaarın vəziyyətindən yazmaq belə ürəyağrıdıcıdır. Onların çoxluq təşkil edən hissəsi öz elmlərini sübuta yetirə bilməyib və, çox əfsuslar olsun ki, elmi işlərini yarımçıq dayandırmışdılar. Ətrafımdakı bir çox ixtiraçılarla həmsöhbət olarkən onların ruhdan düşmüş halını görmək insanın ciyərlərini yandırır. Elmi tədqiqatlara başlayarkən əksəriyyətin “Bu çox uzun və çox ağır yol olacaq. Bəlkə də bunun üçün ömrün yetməyəcək. Bunlara hazırsanmı?” – deyə müraciət etmələri məni çox düşündürürdü. Amma bu yoldan dönmək niyyətində deyiləm və bu sahədə dəstəy alacağıma da inanıram. Sürətlə inkişaf edən dünyanın ixtiralar sahəsində ən önəmli budaqlanmalara yüksək texnologiyalar, silah, nəqliyyat, tibb, qida, enerji, inşaat, kosmonavtika və rabitə sahələri aiddirlər. Mənim sadalanan bütün bu istiqamətlərdə hər birindən onlarla ixtira layihələrim var ki, onların içərisindən özümə xas dəstixəttim var. Bu yeni tip nəqliyyat daşıyıcılarıdır. Konstruksiya və işləmə prinsiplərinə görə bir çox fizika qanunlarını pozur və yığılması mühəndislik cəhətlərdən olduqca mürəkkəb prosesdir. Alimlərimiz mənimlə razılaşmırlar, halbu ki, bu ideyanın təstiqi elmdə yeni bir səhifə açmaq deməkdir. Hər kəsin gözündən qaçan xırda bir nüans var ki, o məni alimlərdən önə çəkir və onların heç biri bunu anlaya bilmir. Maraqlıdır ki, elmi konfranslarda, müşavirələrdə, tədbirlərdə, görüşlərdə, dəvət olunduğum müsahibələrdə “beyin gücləri” tərəfindən sərt çıxışlara, tənqidlərə və təhqirlərə məruz belə qalmışam. Bu günə qədər müraciət etdiyim qurum, fond, təşkilat, özəl investorlardan istənilən maddi və mənəvi dəstəyi ala bilməmişəm. Buna çox təəssüflənirəm…Bununla bərabər, böyük əksəriyyət layihəmi oğurlamağa, əlimdən almağa və önümü kəsməyə cəhd etdir. Hətta “Mən nə qədər ki, buradayam, sənin heç bir arzun, istəyin həyata keçməyəcək!” deyənlər də az deyil.
Dünyanın ən böyük problemlərindən biri enerji məsələsidir ki, bu sahədə bir çox uğurlu analizlərim var. Bunu sadə misal üzərində göstərəcəm: “Bakıda uçuş zolağından qalxan təyyarə 100 ton yanacaqla hər hansı bir xarici ölkəyə səfər edib geriyə dönüş edir. Həmin prosesisin özü, ona qədər hazırlanan yüksək keyfiyyətli yanacağın hazırlanması və prosesə daxil məsələlər iki qat sərfiyyat deməkdir. Amma mənim gəldiyim nəticə var ki, eyni təyyarəni Bakıda uçuş zolağından havaya qaldırıb dünya üzərində dayanmadan dövrə edib 1 (bir) litr yanacaq istifadə etmədən geriyə eniş zolağına endirmək olar. Üstəlik həmin mühərriklər həm havada, həm suda istifadəyə yararlıdır.
Regionun hər bir şəraitdə istifadəyə yararlı olması və hər qarışının zəngin olması hər zaman buraya xarici qüvvələrin fikrini cəlb etmişdir. Bu isə müdafiənin prioritetliyini gündəmə gətirir. Sahə üzrə onlarla ixtira layihəsi və mövcud layihələrin təkmilləşməsi məsələlərinə baxılmışdır. Tərəfimdən hazırlanan layihələrə aşağıdakılar aiddir:
Smart postlar, kəşfiyyatçı dronlar, pilotsuz qırıcı təyyarələr, ekpajsız döyüş maşınları, minaəkənlər, səngər qulluqçuları, “ölüm oxu”, üzümüdafiə oluna bilən və əks-hücum edə bilən bina – “Armagedon”, daşınan kamplar, texnoloji döyüş bunkerləri, dünyanın ən kiçik sualtıqayığı, qoşa lüləli və iki istiqamətli tank, “T-90” tankının dərin sularda üzə bilən modeli və sairələr.
Son günlərdə işlədiyim layihə xüsusi ilə seçilir: qeyri-məhtud tipli araba layihəsi. Layihənin hazırlanmasında əsas məqdəs köməyə ehtiyacı olan şəxslərin fiziki cəhətdən bir çox istəklərini həyata keçirməkdə dəstək olacaq bir vasitənin ərsəyə gətirilməsidir. Araba uzaq və yaxın məsafəli nəqliyyat vasitələrini özündə birləşdirərək 2 hissədən ibarətdir. 1-ci hissə, yani yaxın məsafəli nəqliyyat vasitəsi növü fərdlərin daimi istifadəsi üçün nəzərdə tutulur. Transformasiya oluna bilən vasitə fiziki qüsurlu şəxslərin müxtəlif nəqliyyat vasitələrinə heç kimsənin dəstəyi olmadan qalxmasını təmin edəcək. Araba idarəetmə sistemi ilə ayağa qalxacaq ki, buda fiziki qüsurlu şəxslərin müəyyən hündürlükdə yerləşən əşyaya çata bilməsinə şərayit yaradacaq. Bundan əlavə olaraq araba xüsusi kant çəkici bağlayıclar vasitəsi ilə 10 metr hündürlükdə pillələri rahat qalxacaqdır. Hissiyatlı daimi müşəhidə kamerası ağıllı proqram təminatı vasitəsi ilə fərdin bioloji vəziyyətini nəzarətdə saxlayacaq, onun qan-təzyiq dövranı mütəmadi yoxlanacaq. Yuxu rejiminə keçə bilən araba layların hərəkət etməsi ilə yataq dəstinə çevrilə biləcək. Şəxsin əyləncəsi üçün aktiv monitor paneli qurulacaq, qulaqcıqla, mikrofonla təmin olunacaq və hər cür internet şəbəkəni dəstəkləyəcək proqram təminatı ilə təhciz olunacaq. 1-ci hissə daşınan maket olduğundan 2-ci hissə daşıyan nəqliyyat vasitəsi olur. Arabanın başlıq hissə açılıb bağlanan hissədən ibarət olacaq ki, buda fərdin yağışdan və günəş şəalarından qoruyacaq. Arabda radio və dalğa ötürücü yerləşəcək ki, buda fərdin hərəkət zamanı internet vasitəsi ilə hərəkətlərinin ailəsi və ya tibb nümayəndələri tərəfindən nəzarətdə saxlanılmasına kömək edəcək. Eyni zamanda sol qolluğunun üzərində ərazi xəritəsini əks etdirən monitor, sağ qolluqda isə istifadəçinin şəxsi maraqları üçün istifadəsi nəzərdə tutulan mobil qurğu yerləşəcəkdir. Hərəkət zamanı araba enerji toplaya biləcək ki, buda bu sahədə alternativ enerji mənbəlirinin istifadəsi üçün başlanğıc ola bilər.
3 il müddətində hazırladığım 70-dən artıq ixtira layihəsini mənə öz əllərimlə məhv etdirməyə çalışan alimlər heyəti həmin fikirlərin ərsəyə gəlməsi üçün hələ çox çalışacaqlar. Bu günlərdə qatıldığım 3 beynəlxalq müsabiqədən azərbaycanlı münsiflər tərəfindən bir tək mənim kənarlaşdırılmam millət olaraq bizim adımıza çox utancverici addımdır. Bunlar mənim beynimdə “İxtiraçılara bu münasibət niyədir və ixtiraçı kimdir?” sualına bəzi cavablar yaradır:
1) Heç bir maddi dəstək almadan özünü dünyaya sübuta yetirməyə çalışan varlıq.
2) Dəstək olmadan milyonlar dəyərində prototip hazırlanması tələb edilən varlıq.
3) Ən aşağı vəzifəli şəxsin aldığı məvacibdən 3 qat aşağı dəyərə işləyən varlıq.
4) “Cavansan. Başını belə işlərə qatma. Həyatını yaşa.” Deyilərək gündəlik hədələnən varlıq.
5) İxtiralarının ölümündən sonra da həyata keçirilməyəcəyini başa düşərək həyata gözlərini yuman varlıq.
İxtira layihələri “Azərbaycan hədəfləri 2020 və 2025” inkişaf konsepsiyasına uyğun hazırlanaraq büdcəyə 235 milyard manat gəlir gətirməyi hədəfləyirdi. Mənim layihələrim əlimdən alına bilər, amma alimlərimizin başa düşməsini istədiyim bir msəslə var: “Siz istəsəniz də, istəməsəniz də, mən gələcəyin alimiyəm. Sizin kimi Edisonlar gənc istedadları bu cür uzaqlaşdırdıqca hələ çox illər Azərbaycanda Arximed, Albert Eynşteyn, Ziqmund Freyd, Karl Marks və Teslalar yetişməyəcək.Ixtira layihələri Amerika, Rusiya, Türkiyyə və Almaniyaya göndərilib. İxtiralarıma artıq xaricdən təkliflər gəlir və yaxın müddətdə dəyərləndirmə edərək mənim üçün ən uyğun təklifi qəbul edib getməyi düşünürəm.”

b_800_600_0_00_images_xeber_sekilleri_13dekabr2016_11aa.jpg b_800_600_0_00_images_xeber_sekilleri_13dekabr2016_12aa.jpg b_800_600_0_00_images_xeber_sekilleri_13dekabr2016_13aa.jpg b_800_600_0_00_images_xeber_sekilleri_13dekabr2016_14aa.jpg b_800_600_0_00_images_xeber_sekilleri_13dekabr2016_15aa.jpg b_800_600_0_00_images_xeber_sekilleri_13dekabr2016_16aa.jpg

Bölmənin digər xəbərləri

18 May 2017 DİN əməkdaşı Gürcüstanda bayrağımızı yüksəltdi - FOTO
04 May 2017 “Toy olsun” komediyası oynanılacaq
04 May 2017 İradə Əlili: Ölçülə bilən sevgi yazıq bir sevgidir
01 May 2017 Azərbaycanın hərb tarixi üzrə xüsusi təyinatlı ali təhsil müəssisələri üçün proqram çapdan çıxıb
11 Aprel 2017 Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirilib
26 Mart 2017 QHT əməkdaşları bayram ziyarətində oldular
26 Fevral 2017 "PEŞƏYÖNÜMLÜ TƏHSİLİN İNKİŞAFINA YARDIM" İCTIMAİ BİRLİYİ YARADILDI
30 Dekabr 2016 MTN generalı agentlərin ləqəbini açıqladı - “Bankir”, “Kolumb”...
30 Dekabr 2016 KTMT Qarabağla bağlı ifadələrə AYDINLIQ GƏTİRD
30 Dekabr 2016 Metronun iş saatı dəyişdi
30 Dekabr 2016 Azərbaycan ordusunda "Açıq qapı" günü
30 Dekabr 2016 Milli Məclis toplanır - İlin son iclası
29 Dekabr 2016 Uorlikdən cəbhədəki bugünkü təxribatla bağlı açıqlama
29 Dekabr 2016 7 hərbçimizin həlak olması yalanı... - Rəsmi
29 Dekabr 2016 Dövlət Komissiyası: İtkin düşmüş hərbçi ilə bağlı araşdırma aparılır
29 Dekabr 2016 Cəbhədə toqquşma: əsgərimiz itkin düşdü
29 Dekabr 2016 Cəbhədə savaş xəbərinə Vaqif Dərgahlıdan cavab - Təcili
29 Dekabr 2016 Sərhəddə döyüş: Ermənistan ordusunun 3 hərbçisi öldürüldü, general yaralandı
29 Dekabr 2016 Bakıda partlayış: nazirlik əməkdaşları yaralandı
28 Dekabr 2016 “Susun, hörmətli deputatlarımız!” - Sabir Rüstəmxanlı
© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.